Bakı-Şamaxı-Yevlax avtomobil yolu genişləndirilir8-04-2019, 11:20
Çap et Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar olaraq magistralın Sabir qəsəbəsindən keçən hissəsində vətəndaşların istər Şamaxı, istərsə də Bakı şəhəri istiqamətində rahat gediş-gəlişini təmin etmək məqsədilə Pirsaatçay körpüsünün qarşısında 45 metr uzunluğunda yeni yeraltı keçid inşa edilir. Buna görə də sözügedən körpü ilə hərəkət müvəqqəti olaraq dayandırılıb və yaxınlıqda inşa edilmiş yeni körpüyə yönəldilib. Son günlər ərzində sözügedən ərazidə heç bir hadisə baş verməyib və avtomobil körpüsündə dağıntı qeydə alınmayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
