Demo saytı » iqtisadiyyat » İlham Əliyev: “Xarici borcu nəzarətdə saxlamalıyıq”


İlham Əliyev: “Xarici borcu nəzarətdə saxlamalıyıq”

6-05-2015, 16:36
Çap et
İlham Əliyev: “Xarici borcu nəzarətdə saxlamalıyıq”
Özəl sektorun inkişafına çalışacağıq. Aşağı səviyyədə kreditlərin verilməsi və iqtisadiyyatın şaxələndirilməsi bizim üçün əsas prioritetdir.
Heqiqet.az Gün.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxış edərkən deyib.
Ölkə başçısı qeyd edib ki, bu sahə diqqət mərkəzində saxlanacaq.
İlham Əliyev xarici borcun mümkün qədər aşağı səviyyəyə salınacağını bildirib.
“Bu gün xarici borc ÜDM-in 9-10 faizidir. Hesab edirəm ki, bu çox gözəl göstəricidir. Lakin bunu biz hər zaman nəzərə almalıyıq ki, bu sahəyə diqqət yetirilməsə, bu borc arta bilər. Sonra hansısa tədbir görülməsi üçün gec olar”.
Reytinq: