Demo Sayt » iqtisadiyyat » ÜGT-nin üzv ölkələri Bakıda gömrük işlərinin inkişaf yollarını müzakirə edəcək


ÜGT-nin üzv ölkələri Bakıda gömrük işlərinin inkişaf yollarını müzakirə edəcək

7-09-2015, 13:56
Çap et
ÜGT-nin üzv ölkələri Bakıda gömrük işlərinin inkişaf yollarını müzakirə edəcək Sentyabrın 8-dən Bakıda öz işinə başlayacaq Ümumdünya Gömrük Təşkilatının (ÜGT)10-cu beynəlxalq PICARD - “Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı” konfransı zamanı dünyada gömrük işlərinin inkişaf yolları nəzərdən keçiriləcək.
Bu barədə ÜGT-nin baş katibi Kunio Mikuriya ilə görüşü çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGT) rəhbəri Aydın Əliyev deyib.
O bildirib ki, konfransda 53 ölkədən 200-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Həmçinin tədbirdə 20-dən çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.
Reytinq: