Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlar təqdim etməsi barədə yeni layihələr hazırlanıb12-03-2021, 06:56
Çap et Bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib. Hesabatda bildirilir ki, hazırda layihələr müvafiq qurumlarla razılaşdırma mərhələsindədir. Ötən müddətdə baş verən dəyişikliklər nəzərə alınmaqla, qeyd olunan layihələrdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyayay maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxslərin siyahısı yenidən işlənilib. Eyni zamanda, maliyyə bəyannaməsinə daxil edilən məlumatların dairəsi dəqiqləşdirilib. Bununla yanaşı, maliyyə xarakterli məlumatların təqdim edilməsi müddətləri və bu məlumatların təqdim edilməsinə nəzarətlə bağlı yeni tənzimlənmələr və s. nəzərdə tutulub. Layihələrdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlar haqqında bəyannaməsinin təqdim edilməsi qaydaları və forması da müəyyən edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
