Demo Sayt » iqtisadiyyat » Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanuna dəyişiklik təsdiqləndi


Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanuna dəyişiklik təsdiqləndi

18-03-2021, 05:51
Çap et
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanuna dəyişiklik təsdiqləndi Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Qanunu təsdiqləyib.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:
-1-ci maddədə “2021” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin;
- aşağıdakı məzmunda 2.1-1-ci maddə əlavə edilsin:
“2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.”.
Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.
Reytinq: