Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi məlum olub24-03-2021, 08:29
Çap et Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,1 faiz, bitkiçilik məhsulları üzrə 6,2 faiz artıb. Təsərrüfatlarda yanvar-fevral aylarında 33,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz çox tərəvəz məhsulları istehsal edilib. 2021-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 85,4 min ton ət, 314,2 min ton süd, 301,7 milyon ədəd yumurta istehsal edilib, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd istehsalı 1,5 faiz artıb, yumurta istehsalı isə 4,5 faiz azalıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
