İstehsalçılar Birliyinin sədri: Yerli ət məhsullarının istehsalının artırılması yaxşı təşəbbüsdür14-01-2016, 12:24
Çap et Azərbaycanda yerli istehsalın həcminin artırılması üçün qanunvericiliyə müəyyən düzəlişlər edilməli, sahibkarlara kreditlərin ayrılması istiqamətində aparılan tədbirlər gücləndirilməlidir.Bunu Ət və Ət Məhsulları Məmulatları İstehsalçıları Birliyinin sədri Fuad Qulubəyov deyib. O bildirib ki, bu gün idxaldan asılılığı minimuma endirmək üçün yerli istehsalın həcmini artırmaq lazımdır. F.Qulubəyov hesab edir ki, bu baxımdan yerli ət məhsullarının istehsalının artırılması yaxşı təşəbbüsdür: “Bu sahədə dövlət tərəfindən işlər görülür. Indi manatın devalvasiyası ilə əlaqədar bir sıra problemlər yaranıb. Birliyə daxil olan kolbasa istehsalçıları manatın devalvasiyasından sonra alıçılıq qabiliyyətinin bir qədər azalması ilə əlaqədar istehsalın həcmini azaldıblar. Buna görə də hazırkı iqtisadi şəraitdə istehsalçılar üçün stimullaşdırıcı tədbirlərin görülməsinə, yerli istehsalçıların işinin stimullaşdırılmasına ehtiyac var". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycanda yerli istehsalın həcminin artırılması üçün qanunvericiliyə müəyyən düzəlişlər edilməli, sahibkarlara kreditlərin ayrılması istiqamətində aparılan tədbirlər gücləndirilməlidir.