”Texnikabank”ın əmanətçilərinə fevralın 11-dən kompensasiyalar odəniləcək5-02-2016, 10:09
Çap et Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 04 fevral 2016-cı il tarixli 16-00036-2016 nömrəli məktuba istinad edərək bildirir ki, ”Texnikabank”ASC-nin əməliyyatlarına moratorium tətbiq edilib. Bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq 04 fevral 2016-cı il tarixi “Texnikabank”ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində “Texnikabank”ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
