Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb22-04-2015, 19:45
Çap et ![]() Bu ilin yanvar-mart aylarında Azərbaycana 10 035 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 12 476 ədəd avtomobil və ya 2,24 dəfə azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 2 524 ədəd avtomobil və ya 83,6% çoxdur. Belə ki, ölkəyə gətirilən avtomobillərin 203 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 9 256 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 500 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 76 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

