Demo Sayt » iqtisadiyyat » Baramanın son məhsuluna görə subsidiya verilməsi barədə hökumətə təklif təqdim olunub


Baramanın son məhsuluna görə subsidiya verilməsi barədə hökumətə təklif təqdim olunub

6-06-2016, 19:01
Çap et
Baramanın son məhsuluna görə subsidiya verilməsi barədə hökumətə təklif təqdim olunub “Baramanın son məhsuluna görə subsidiyanın verilməsi mexanizmini hökumətə artıq təqdim etmişik”.
Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlaması zamanı bildirib.
“Bundan sonra, toxumçuluğun idarə edilməsi, subsidiyanın son məhsula görə verilməsi prinsipini düşünürük və yaxın 1-2 həftə ərzində bu mexanizm də hökumətə təqdim olunacaq”, - deyə H.Əsədov qeyd edib.
Nazir onu da əlavə edib ki, dünyanın heç bir yerində subsidiyanın bütün məhsul növləri üzrə son məhsul prinsipi ilə verilməsi mümkün deyil. Bütün dövlətlərdə subsidiyalar bir və ya bir neçə məhsullara, son məhsul üzrə verilir.
Baramaçılığa veriləcək subsidiyalara gəlincə, nazir bildirib ki, hər kiloqrama görə təxminən 2 manat həddində subsidiya verilməsi nəzərdə tutulub.
Reytinq: