Bakıda sürət qatarlarında tariflər müəyyənləşdirilir (FOTO)4-06-2015, 20:18
Çap et "Azərbaycan Dəmir Yolları" QSC Minskin "Stadler" zavodundan 5 sürət qatarı alıb və onlardan ikisi artıq Bakıya gətirilib. Qalan qatarların çatdırılması cari ilin sonunadək gözlənilir. Bunu jurnalistlərə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.Onun sözlərinə əsasən, ikimərtəbəli qatarlar 919 sərnişin üçün nəzərdə tutulub. Onlar kondisioner sistemi ilə təchiz edilib, gələcəkdə isə vaqonlarda Wi-Fi-ya giriş nöqtələri quraşdırılacaq. N.Əzməmmədov qeyd edib ki, ilkin mərhələdə I Avropa Oyunlarının keçirilməsi zamanı qatarlar Bakı Dəmiryol Vağzalından Bakı Metropoliteninin "Koroğlu" stansiyasınadək marşrut üzrə hərəkət edəcək: "Sonra onlar Bakı-Sumqayıt marşrutuna keçiriləcək". Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda Bakı-Sumqayıt dəmiryolunun əsaslı təmiri üzrə işlər aparılır. 55 kilometr uzunluğunda dəmiryol sahəsinin təmiri artıq yekunlaşıb. N.Əzməmmədov diqqətə çatdırıb ki, Avropa Oyunlarından sonra yeni qatarların Bakı-Sumqayıt marşrutu üzrə işə salınması üçün işlər sürətlə aparılır. Yeni qatarlarda gediş haqqının qiymətinə gəlincə, o deyib ki, tariflər o qədər də yüksək olmayacaq və bu məsələdə əhalinin sosial vəziyyəti nəzərə alınacaq: "Qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. QSC təkliflərini təqdim etmək istəyir". N.Əzməmmədov deyib ki, dairəvi dəmiryol xəttində 23 stansiya və dayanacaq olacaq: "QSC yaxın vaxtlarda daxili xətlərə (Yalama, İmişli və Hacıqabul) Riqadan əsaslı təmir edilmiş dəmiryol vaqonlarını buraxacaq. QSC Bakı-Tbilisi-Qars dəmiryolu üzrə Türkiyəyə sərnişindaşımanı həyata keçirmək üçün "Stadler" ilə 30 vaqonun alınmasında dair danışıqlar aparacaq. Vaqonlar Bakıya 2016-cı ildə gətiriləcək. Bundan başqa, İsveçrənin "Stadler Rail Group" şirkəti ilə daha bir layihə reallaşdırırıq. Söhbət Gəncədə vaqonların istehsalı üzrə zavodun tikintisindən gedir. Hazırda zavodun layihələndirilməsi işləri artıq başa çatıb". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Azərbaycan Dəmir Yolları" QSC Minskin "Stadler" zavodundan 5 sürət qatarı alıb və onlardan ikisi artıq Bakıya gətirilib. Qalan qatarların çatdırılması cari ilin sonunadək gözlənilir. Bunu jurnalistlərə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.