Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdən birinin özəlləşdirilməsi dayandırılıb6-09-2016, 09:31
Çap et Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə” qərarına əsasən isə Qax Rayon Damazlıq İpəkçilik Stansiyasının statusu dəyişdirilərək təsərrüfathesablı təşkilat qismində Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. Qeyd edək ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinə Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 8 təsərrüfathesablı müəssisənin özəlləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirmək tapşırılmışdı. Bura Qax Rayon Damazlıq İpəkçilik Stansiyası ilə bərabər Şəki, Zaqatala, Balakən, Ağdam və Bərdə barama toxumu zavodları, Respublika baytarlıq sanitar dezinfeksiya dəstəsi və Maşın Meliorasiya Stansiyası daxil idi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
