Manat əksər xarici valyutalara nisbətən möhkəmlənib10-10-2016, 12:25
Çap et Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 8-i ilə müqayisədə 0,2% azalaraq 1,6006 manat təşkil edib. Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,5% möhkəmlənərək 1,7914 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 8-i ilə müqayisədə 0,39% ucuzlaşaraq 0,0257 manat səviyyəsinə enib. Türkiyə lirəsinin məzənnəsi isə 0,1% ucuzlaşaraq 0,5252 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9862 manatdır. Beləliklə, funt sterlinq 0,41%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,35% bahalaşaraq 0,6892 manat təşkil edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.