"Rabitabank" aktivlərini 20% artırıb9-12-2016, 18:11
Çap et Noyabr ayının 30-a "Rabitabank" ASC-nin aktivləri ilin əvvəli ilə müqayisədə 20% artaraq 539 mln. 400 min manat təşkil edib. Bankdan verilən məlumata görə, bunu "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov bildirib.Müştərilərin müddətli əmanətlərinin həcmi isə 6% artaraq 236 mln. 612 min manata, cari hesabları isə 72% artaraq 169 mln. 531 min manata çatıb. Hesabat dövründə bankın məcmu kapitalı 60 mln. 856 min manat təşkil edib. Bankın xalis faiz gəlirləri 11 mln. 230 min manat, xalis qeyri-faiz gəlirləri isə 10 mln. 483 min həcmində olub. Hazırda "Rabitəbank"ın 600 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti, 90 000-dən çox şirkət və fiziki şəxslərdən ibarət müştəri portfeli vardır. O cümlədən bank il ərzində 168 min ədəd olmaqla 108 mln. manat ekvivalentində surətli pul köçürməsini və 209,286 min ədəd olmaqla 7 mln. 645 min manat kommunal odənişi müştəriləri üçün reallaşdırıb. Bank 2016-cı il ərzində plastik kart infrastrukturunu möhkəmləndirib, bununla aktiv plastik kart istifadəçilərinin sayını 35 min 847 ədədə, ATM şəbəkəsini isə 56 ədədə çatdırıb. 1993-cü ildən fəaliyyətə başlayan "Rabitəbank" ASC bu il yaranmasının 23 illiyini qeyd edir. Bank 22 filial, 1 şöbəsi ilə ölkənin 15 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Noyabr ayının 30-a "Rabitabank" ASC-nin aktivləri ilin əvvəli ilə müqayisədə 20% artaraq 539 mln. 400 min manat təşkil edib. Bankdan verilən məlumata görə, bunu "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov bildirib.