Bu il 3704 əcnəbi Azərbaycanda daşınmaz əmlak alıb22-12-2016, 13:03
Çap et Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov deyib. Komitə rəsmisi qeyd edib ki, bu il Bakıdan ev alan əcnəbilərin sayı 958 nəfərdir. 2746 əcnəbi ölkə vətəndaşı isə respublikanın digər yerlərində daşınmaz əmlaka sahib olub. Q.Xəlilov, həmçinin bildirib ki, xarici vətəndaşlar tərəfindən qeydiyyata alınmış daşınmaz əmlakların (mənzil, bağ evi, torpaq və s.) sayı 2015-ci ildə 4742 nəfər olub. Bunlardan 702 nəfəri Bakı, 4040 nəfəri isə regionlar üzrə daşınmaz əmlaka sahib olublar. Komitə sözçüsü vurğulayıb ki, Azərbaycanda ən çox daşınmaz əmlak sahibi olan əcnəbilər Rusiya, Türkiyə, ərəb ölkələri, MDB ölkələri və Avropa ölkələrindən olan vətəndaşlardır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
