Avtomobil markalarının mənaları - İZAH3-04-2017, 18:45
Çap et "Mitsubishi" - Yaponiyanın nəhəng şirkətlərindən olan "Mitsubishi" adını qədim yapon savaşçıları olan samurayların emblemindən götürüb. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb. "Mercedes-Benz" - Avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış qazanan maşınına qızı Mercedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına "Mercedes" adını qoydular. "Mazda" - Şirkətin emblemində qanadlarını açan at təsvir edilir. Bu işarə zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb. "Hyundai" - Koreya dilində «modern, çağdaş» deməkdir. "Kia" - Koreyanın ikinci böyük avtomobil şirkətinin adı "Asiyada doğulan" deməkdir. "Cadillac" - 1902-ci ildə qurulan şirkət öz adını ABŞ-ın Detroyt şəhərini quran və XVI əsrdə yaşayan fransız səyyah Antoine de la Mote Cadillacdan götürüb. "Pontiac" - məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqdan alıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
