"Nokia 9"un qiyməti açıqlandı - "iPhone 7"dən bahadır12-04-2017, 19:27
Çap et Məlumata görə, "Nokia 9" smartfonunun Avropa İttifaqı ölkələri üçün qiyməti 749 avro, ABŞ bazarı üçün 699 dollar təşkil edəcək. Bu, ABŞ-da qiyməti 649 dollara bərabər "Apple" şirkətinin "iPhone 7" smartfon modelindən bahadır. Bildirilir ki, iyulun sonu və ya avqustun ilk günlərində nümayiş olunacaq smartfonun satışlarına üçüncü rübdə başlamaq nəzərdə tutulur. Buna səbəb kimi smartfonun əsasını təşkil edəcək "Snapdragon 835" prosessorunun mövcud çatışmazlığı ilə bağlı yaranan problemlər göstərilir. "Android Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək smartfonun korpusu suya və toza davamlı olacaq. Qurğu, həmçinin barmaq izi skaneri, gözün qüzehli qişası skaneri, "OZO audio" səs texnologiyası, eləcə də 64 və ya 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
