Qolları olmadan təyyarə sürür - VİDEO2-07-2015, 11:05
Çap et Amerikalı Cessika Koks dünyanın ən əzmkar insanlarından biri, bəlkə də birincisidir. Səhhətindəi məhdudiyyətlərə, problemə baxmayaraq, o bu həyata sanki dörd əllə yapışıb. Qolları olmasa da, o nəinki avtomobil, hətta təyyarə də idarə edir. Qolu olmadan təyyarə idarə edən ilk insan kimi tarixə düşən Cessika, Teakvondo üzrə qara kəmərə də layiq görülüb. Bir vaxtlar protez qollardan istifadə etsə də, 14 yaşında süni qollardan imtina edən Cessika çoxlarına xəyal kimi görünən arzuların arxasınca qaçıb. Fiziki qüsurlu olsa da, çətin hərəkətləri qüsursuz yerinə yetirən, maşın sürərkən, təyyarə idarə edərkən səhvə yol verməyən Cessika ailəlidir. Amma ailəli olması belə, onun əl-qolunu bağlamır. O sanki bu dünyaya adrenalin yaşamaq, müxtəlif idman növlərində zirvəyə yüksəlmək üçün gəlib. Heç şübhəsiz, bu qadın öz bacarığı ilə sübut edir ki, insan əlləri olmadan belə, sükan saxlaya, suda üzə bilər. Cessika Koksun həyat fəlsəfəsinə əsasən, bir insanın qolları olmaya bilər, əsas odur ki, onun özünə inamı olsun. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
