Demo Sayt » maraqli » Arvadına oxşamaq üçün etmədiyi qalmadı - VİDEO


Arvadına oxşamaq üçün etmədiyi qalmadı - VİDEO

10-07-2015, 12:36
Çap et
Arvadına oxşamaq üçün etmədiyi qalmadı - VİDEO 20 il ərzində Poricin görkəmi getdikcə arvadına oxşamağa başlayıb. Poricin arvadı Ceyn öldükdən sonra belə o, arvadına oxşamaqda davam edir.
"Genesis" qrupunun üzvü və rəssam Poric, 1993-cü ildə arvadı ilə tanış olub. Həmin ildən etibarən arvadı Porici özünə oxşatmaq üçün ona özünün paltarlarını geyindirib, makiyaj edib və parik taxıb.
Poric deyib: “Biz ilk baxışdan bir-birimizə aşiq olmuşuq. Birgə yaşadığımız illərdə də getdikcə bir-birimizə bənzəməyə başlayırdıq. Bunun üçün Ceyn kimi geyindim və plastik əməliyyata da əl atdım”.
Bu azmış kimi, Poric və Ceyn eyni cərrahi əməliyyatlara əl atıb. Poric arvadına bənzəmək üçün burun əməliyyatı, sinə implantı və 200 min dollar dəyərində hormon terapiyası qəbul edib. Poric və Ceyn “Pandrogeni” adlı incəsənət layihəsini həyata keçirmək üçün bir-birinə bənzəməyə çalışıb. Lakin layihə Ceynin mədə xərçəngindən vəfat etməsi ilə əlaqədar yarımçıq qalıb.
Bununla belə, Poric tamamilə arvadına oxşamaq üçün işi yarımçıq saxlamayıb və Ceyn kimi geyinməyə davam edir.

Reytinq: