Demo Sayt » maraqli » Ölümü xəbər verən alovun sirri: Onu mediumlar da aça bilmir - İLGİNC HADİSƏ


Ölümü xəbər verən alovun sirri: Onu mediumlar da aça bilmir - İLGİNC HADİSƏ

21-08-2017, 10:22
Çap et
Ölümü xəbər verən alovun sirri: Onu mediumlar da aça bilmir - İLGİNC HADİSƏ Lidiya Kopp Yeni Zelandiyanın Dunedin şəhərində bir pişiyilə tək yaşayırdı. Bir bazar günü anası, dostları – Pil və Berta onu ziyarət etmək üçün evinə gəldilər. Qonaqlara qəhvə verdi, söhbət əsnasında Lidiya Pilin başı üzərində yanan şam alovu gördü. Anası və Bertaya baxdı, onların da bu qəribə alovu görüb-görmədiklərinə əmin olmaq istədi. Lakin onlar heç nə olmamış kimi Pilin zarafatlarına gülürdülər.
Lidiya heç nə hiss etdirmədən Pildən özünü necə hiss etdiyini soruşdu. O, yaxşı olduğunu dedi. Pil və Berta getdikdən sonra Lidiya gördüklərini anasına danışdı. Qadın qızına qarabasma gördüyünü bildirdi.
İki həftə ərzində Pil və Berta ilə görüşmədi. Buna vaxtı yox idi. Bir gün yorğun halda yatağına uzanarkən evdə tək olmadığını hiss etdi. Çevrilib baxanda Pili qapının astanasında gördü. Pil qəribə görünürdü və susub dayanmışdı. Lidiya nə olduğunu soruşduqdan sonra Pil ondan kömək istəməyə gəldiyini dedi. O, qadından həyat yoldaşı Berta üçün yardım istədi.
"Xahiş edirəm, Bertaya kömək et. Onun yardıma ehtiyacı var. Onunla danışa bilmirəm. Yardıda çox ehtiyacı var”, - deyə Pil bildirdi. Lidiya nə olduğunu soruşanda o, Bertanın bu haqda ona özünün danışacağını dedi. "İndi getməliyəm”, - deyib təlaşla otaqdan çıxdı.
Zarafatcıl və gülərüz olan Pili bu halda görəndə Lidiya həyəcanlandı və Bertanın başına hansısa bədbəxt hadisənin gəlməsindən şübhələndi. Bertanı görmək üçün evdən çıxdı. Küçəyə çıxanda Bertayla rastlaşdı, onlara gəlirdi. Lidiyanı qucaqlayıb "Pil! Pil”, deyə ağlamağa başladı. İçindən qopan hıçqırıq danışmasına imkan vermidi. Lidiya Kop Bertaya təsəlli vermək üçün bir az əvvəl Pilin evinə gəldiyini və yaxşı olduğunu deyəndə Berta həyəcandan duruxdu, az qala dizləri bükülüb yıxılacaqdı. Lidiya qollarından tutub çətinliklə saxladı. Sonra zəif eşidiləcək səslə, "Lidiya, sən dəli olmusan?”, dedi. Hər ikisi şok içində Lidiyanın evinə getdi.
Pil qan zəhərlənməsindən ölmüşdü.
Bir neçə həftə sonra Lidiya Kop şəhərin böyük bir prospektindən keçirdi. Gözlənilmədən yanında Pili gördü. Günorta saatları idi, ətrafda çoxlu insanlar vardı, amma Pili yalnız Lidiya görürdü. Lidiyadan bir nəfərin ona borclu olduğunu dedi və ondan pulu alıb Bertaya verməsini xahiş etdi. Borclu adamın ünvanını ona verdi.
"Əlvida, dostum. Məni artıq heç vaxt görməyəcəksən. Sənə bunu demək istəyirəm, bir bazar günü sizdə olarkən başımda alov görmüşdün. Xatırlayırsan? O, anam idi. Həyatım başa çatdığı üçün məni aparmağa gəlmişdi”, - dedi və yoxa çıxdı. Lidiya bundan sonra çaşqınlıq içində Pilin ona verdiyi ünvana getdi, adamı tapıb pulu aldı və Bertaya verdi.
Lidiya Kop medium və öncəgörücü idi, lakin bu hadisənin sirlərini aça bilmədi. Bir çox adam buna inanmasa da onun Pilin başında şam alovunu gördüyünü deməsindən bir neçə gün sonra gözlənilmədən ölməsi isə fenomanal hadisənin qarşısına tamam başqa bir sirr pərdəsi çəkir. Nə baş verirdi?
Reytinq: