Asılılıq yaradan qidalar - SİYAHI9-10-2017, 11:41
Çap et Mütəxəssislər asılılıq yaradan qidalara 1 ilə 7 arasında xal verib. Sevsək də, dadına baxmaqdan imtina edə bildiyimiz yeməklər 1 xalla, heç cür imtina edə bilmədiyimiz yeməklər isə 7 xalla qiymətləndirilib. Pizza - 4.01 Bir dilim pizzada 300 kalori və 10 qram yağ var. Ət əlavə olunduqda isə kalorisi 360-a qalxır. Şokolad - 3.73 Drexel Universitetinin apardığı araşdırmalara görə, şokoladın beyində yaratdığı təsir narkotikin yaratdığı təsirə çox bənzəyir. Kartof çipsiləri - 3.73 Şokoladın yaxın dostu kartof çipsinin 30 dənəsi 320 kalori və 20 qram yağ ehtiva edir. Peçenye - 3.71 4 orta boy peçenyedə 192 kalori və 10 qram yağ var. Aparılan təcrübələrdə siçanlara peçenye veriləndə kokain asılılığı ilə ekvivalent reaksiyalar ölçülmüşdür. Kola - 3.29 Qazlı içkilər xərçəng, köklük və yüksək təzyiqin əsas səbəblərindən biri kimi göstərilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
