Demo Sayt » maraqli » Bit bazarından aldığı şifonerdən sərvət çıxdı


Bit bazarından aldığı şifonerdən sərvət çıxdı

13-11-2017, 09:59
Çap et
Bit bazarından aldığı şifonerdən sərvət çıxdı Amerikalı Emil Knodell köhnə əşyalar satılan bazarlardan ucuz əşyalar almaq həvəskarıdır.
67 yaşlı amerikalı Texasın Bellville qəsəbəsində köhnə əşyalar satılan bit bazarı açıldığını eşdib Emil ora yollanır.
Qoz ağacından hazırlanmış 125 illik şifoner onun diqqətini cəlb edir. Şifoneri 100 dollara alan Emil əşyanı maşınına yükləyəndə içindən səs gəldiyini eşidir. Şifeniri diqqətlə yoxlayan Emil qədim əşyanın gizlin çəkməcəsi olduğunu aşkarlayır.
Çəkməcəni açan zaman gözlərinə inanmır. Ehtiyac üzündən satılan əşya demə bir sərvət imiş. Emil şifonerin gizli gözündə ləl-cəvahirat, qızıl zinət əşyaları, almazlar, əntiq sikkələr, medalyonlar tapır. O, bütün əşyaları satıcıya qaytarır.

Bit bazarından aldığı şifonerdən sərvət çıxdıBit bazarından aldığı şifonerdən sərvət çıxdı
Reytinq: