İki ölkəni heyrətləndirən hərbi pilot22-07-2015, 10:03
Çap et Yunanıstan Hərbi-Hava Qüvvələrinin pilotu, mayor Homer Sisostopulus Afina və Ankarada sinirləri ifrat dərəcədə gərmiş qalmaqal yaradıb.F-16 qırıcısının pilotu olan mayor H.Sisostopulus Türkiyənin Seke şəhərindən 3 km aralıdakı atılmış, istifadə olunmayan hərbi aerodroma enib. Yerli relyefdən istifadə edən pilot məharətlə davranaraq Türkiyənin Hava Hücumundan Müdafiə Qüvvələrinin radarlarından yayınıb. Təyyarəsini aerodroma endirəndən sonra o, taksi çağırıb və yaxınlıqdakı bankomata yollanıb. Burada hesabından 2078 avro çıxaran pilot yenidən aerodroma qayıdıb, F-16 qırıcısını havaya qaldırıb və Yunanıstana qayıdıb. Mayor H.Sisostupulusun uçuş tapşırığı Egey dənizində Yunanıstanla Türkiyə arasında daimi mübahisə obyekti olan məkanda patrul-barraj reydi idi. Yunanıstanın radiolokasiya sistemlərinin nəzarətinin yetərincə olmadığı zonaya daxil olan pilot çox kiçik yüksəkliyə enib və Türkiyədəki aerodroma yönəlib. Türk taksi sürücüsü təyyarənin nömrəsini polisə xəbər verib. Bankomatdakı məlumatlar əsasında isə pilotun kimliyi bəlli olub. Yunanıstanda vətəndaşlar bankomatdan gündə yalnız 66 avro çıxara bilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Yunanıstan Hərbi-Hava Qüvvələrinin pilotu, mayor Homer Sisostopulus Afina və Ankarada sinirləri ifrat dərəcədə gərmiş qalmaqal yaradıb.