Demo Sayt » maraqli » "Mona Liza" yerindən tərpədilməyəcək


"Mona Liza" yerindən tərpədilməyəcək

30-03-2018, 18:25
Çap et
"Mona Liza" yerindən tərpədilməyəcək Dahi italyan rəssam Leonardo Da Viçinin "Mona Liza" (Cokonda) əsərinin nümayiş olunduğu binadan çıxarılması yasaqlanıb.
Əsər Fransadakı Luvr Muzeyində saxlanılır.
515 il əvvəl çəkilmiş şedevr elə bir durumdadır ki, onun başqa ölkələrə aparılması, sərgilərdə nümayiş olunması əsəri məhv edə bilər.
"Mona Liza" hətta 2019-cu ildə Luvr Muzeyində təşkil olunacaq sərgi üçün yerindən tərpədilməyəcək.
Fransanın mədəniyyət naziri Fransuaza Nissenin dediyinə görə, şedevr başqa ölkələrdə də göstərilməli, "mədəni seqreqasiya"ya yol verilməməlidir.
Luvrun direktoru Jan-Lük Martines isə nazirin mövqeyi ilə razılaşmadığını, "Mona Liza"nın yerindən tərpədilməyəcəyini söyləyib.
Reytinq: