Mafiyadan ŞOK QƏRAR: onun başına 5 min avro mükafat qoyuldu31-10-2018, 13:15
Çap et Bu barədə "La Stampa" nəşri yazıb. "Poço" artıq bir neçə ildir Neapol polisində xidmət edir və narkotiklərin axtarışı üzrə ixtisaslaşıb. İt işlədiyi müddətdə 2 tondan çox qadağan olunmuş maddə aşkar edib. Mafiozlar buna görə bir neçə milyon avro itiriblər. "Poço" iki həftə əvvəl Salerno əyalətində 30 kq kokainin saxlandığı yeri müəyyənləşdirəndə quldurların səbri tükənib. Bundan əlavə, it hətta uşaq qidası ilə maskalanmış kiçik butulkadakı narkotiki də iybilmə vasitəsilə duyub. "Poço"nun doqquz yaşı var də onun təqaüdə çıxmasına cəmi bir il qalıb. Əvvəllər cinayətkarlar itdən zəhərli maddənin köməyi ilə xilas olmağa çalışıblar, lakin onların cəhdləri puça çıxıb. Polisdən bildirilib ki, köpək mühafizə altındadır və onun həyatı üçün heç bir təhlükə yoxdur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
