Demo Sayt » maraqli » Aeroportda pilotsuz avtobusun sınaqları keçirilir


Aeroportda pilotsuz avtobusun sınaqları keçirilir

24-01-2019, 10:34
Çap et
Aeroportda pilotsuz avtobusun sınaqları keçirilir Tokionun "Haneda” aeroportunda pilotsuz avtobusun sınaqları keçirilir. Yaponiya paytaxtının hava qapısı əcnəbi turistlərin sayının artması səbəbindən muxtar rejimdə çalışan avtobuslar vasitəsilə çatışmayan işçi qüvvəsi problemini həll etməyə çalışır.
"ANA” aviaşirkəti, "Softbank” telekommunikasiya şirkəti və digər şirkətlərlə birlikdə yanvarın 22-də pilotsuz avtobusu mətbuat nümayəndələrinə təqdim edib.
Muxatr rejimdə çalışan avtobus saatda 20 kilometr sürətlə sərnişin terminalı ilə dayanacağı birləşdirən 600 metr məsafəni qət edib. Təhlükəsizliyin təmin edilməsi məqəsədilə sürücü avtobus da olsa da, GPS və sensorlardan istifadə edən avtobus özü yolun kənarındakı maqnit markerlər vasitəsilə marşrut üzrə hərəkət edir.
"ANA” şirkəti artıq gələn ildən pilotsuz avtobuslardan istifadəyə başalamağı planlaşdırır.
Reytinq: