Yayda sürücülər necə geyinməlidir? – 4 vacib qayda18-06-2024, 12:44
Çap et Edilən hər hansı bir səhv sürücünün özünü pis hiss etməsinə və təhlükəli yol vəziyyətinə düşməsinə səbəb ola bilər. Bəs, yayda avtomobil sürməyi planlaşdıran şəxs hansı qaydalara əməl etməlidir? İsti günlərdə sintetik materialdan paltar geyinmək sürücü üçün məsləhət deyil. Belə şeylərdə avtomobili idarə edən şəxs daha çox tərləyəcək. Sintetik materiallı paltarlar bədənə yapışır. Hətta kondisioner də sizi xilas etməyəcək. Bədən yaxşı nəfəs almalıdır Kətan, pambıq materiallı geyimlər məsləhətdir. Bu vəziyyətdə sürücü mümkün qədər rahat olacaq. Paltar boş olmalıdır Hərəkətlərinizi məhdudlaşdırmayacaq şeylər seçməlisiniz. “Vyetnamka” geyinməyin Avtomobil sürücüsü səyahətə çıxmazdan əvvəl tərlik kimi ayaqqabılar geyinməməlidir. Belə ayaqqabılarla avtomobili idarə edən şəxs həm özünü, həm də sərnişinlərini təhlükə altına qoyur. Düzdür, yayda yüngül ayaqqabı geyinmək hər kəsin istəyidir. Ancaq çalışıb avtomobil idarə etməyə təhlükə yaratmayacaq ayaqqabılar səçəsiniz. Məsələn, mokasinlər və ya yüngül idman ayaqqabıları. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
