Şirkət konseptin sirrini açıqladı2-11-2015, 21:06
Çap et Avtomobilin banı hazırlanarkən alüminiumdan və karbon lifindən istifadə edilib. Yenilik enli hava çıxıntıları, palçıq qoruyucuları, qabaq splitter, diodlu “OLED” fənərləri, həmçinin 19- və 20-düymlük təkər diskləri ilə təchiz edilib. Avtomobilin salonunda “Recaro” idman oturacaqları və qoruyucu karkas quraşdırılıb. Kupe, həmçinin idman asılqanı, təkmilləşdirilmiş 3,0-litrlik 6-silindrli “TwinPower Turbo” mühərriki alıb. Mühərrik su sıçratma xüsusiyyətinə də malikdir. Şirkətdən iddia edirlər ki, bu xüsusiyyət gücü və fırlanma anını artırır. Avtomobilin digər texniki göstəriciləri hələlik sirr olaraq saxlanılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
