Gənc görünmək istəyirsənsə...24-11-2015, 10:24
Çap et Əgər siz də bu dəb xətalarına yol vermək istəmirsinizsə, o halda publika.az-ın dəb bölməsinin məsləhətlərini nəzərdən keçirin. Hər zaman qara geyinmək Bəli, qara hər kəsi arıq göstərir, ancaq yaş artdıqca, dəri daha az parlayır və rəngi solmağa başlayır. Bu səbəbdən, qara rəng dəri qüsurlarının daha çox ortaya çıxmasına səbəb ola bilər. Əgər qara geyinməkdə israrlısınızsa, qara rəngi mütləq əlvan bir rənglə birləşdirməyə çalışın. Əgər əlvan rəngləri xoşlamırsınızsa, qara və ağın harmoniyasından istifadə edin. Qara donu rəngli bir şal, ya da parıltılı bir şalla birləşdirə bilərsiniz. Səhv büstqalter seçimi Səhv büstqalter seçimi sinəni olduğundan böyük, kiçik və ya sallanmış göstərə bilər. Nəticədə, olduğunuzdan yaşlı görünəcəksiniz. Büstqalter seçərkən bədən ölçülərinizə tam uyğun olanı alın. Sinənizin daha böyük görünməsi üçün kiçik büstqalter geyinməyin. Çünki bu, sağlamlığınız üçün də zərərlidir. Hər 6 və ya 8 aydan bir büsqalterinizi dəyişməyə çalışın. Əgər büsqalterin rezin asqıları boşalıbsa, deməli, onun ömrü sona çatıb. "Vodolazka" Çox soyuq havalarda "vodolazka"lar bizi soyuqdan qoruyur. Lakin bu cür köynəklərdən çox istifadə etməklə yaşlı qadın imici yaradırsınız. Bol paltarların içində itmək Bol pencək və ya dizə qədər uzanan qolsuz köynək və trikotajlar artıq çəkini gizlətmir, nöqsanlarınızı örtmür, əksinə, sizi daha kök və yaşlı göstərir. Aksessuarların harmoniyası Bu gün paltara uyğun çanta, çantaya münasib ayaqqabı və ya sırğa uyğunlaşdırmaq dəb deyil. Əlbəttə ki, seçdiyimiz aksessuarlar geyimlə harmoniya təşkil etməlidir. Lakin hər şey dəst olmaq məcburiyyətində deyil. Əgər çox klassik və yaşlı görünmək istəmirsinizsə, bu uyğunluq axtarışından əl çəkin. Aksessuar məsələsində artıq dizaynerlər modapərəstlərə müstəqillik veriblər. Məsələn, klassik bəzək əşyaları ilə müasir aksessuarları birləşdirmək səhv deyil. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
