Sağlam diş əti - gözəl təbəssüm deməkdir!26-01-2016, 11:31
Çap et diş əti çəkilmələri diş itkisi, dişlərin laxlaması ağızda pis dad və qoxu hissi qırmızı, şiş və həssas diş ətləri diş fırçalama zamanı qanama dişlər arasında yığılan diş ətlərinə bənzəyən kiçik torbacıqlar dişləri sıxarkən və ya dişləyərkən diskomfort hissi Bu zaman aparılan müalicənin əsas məqsədi diş əti xəstəliklərinin səbəbi olan bakterial ərpə və risk faktorlara tam nəzarət edərək parodontitin inkişafını dayandırmaq, parodontoloji ciblərin ortadan qaldırılması, həmçinin itirilmiş və zərər görmüş parodont toxumalarının bərpası ilə dişlər ətrafında sağlam mühiti təmin etməkdir. Bütün yaş dövrlərində rast gəlinən ağız boşluğu xəstəliklərinin ən çox yayılanı paradontal xəstəliklərdir. Xəstəliyin əmələ gəlməsi etioloji faktorlarla yanaşı, ağız boşluğunun gigiyenik vəziyyətindən, immun sistemin zəifləməsindən, çürüntü yaradan bakteriyaların artmasından asılı olaraq inkşaf edir. Parodontozun inkişafı dişin üzərindəki ərpdən başlayır. Diş ərpi ağız boşluğundakı bakteriyaların həyat fəaliyyəti məhslu olub, tədricən bakteriyalar üçün rezervuar sayılan diş daşına çevrilir. Müalicə olunmadıqda diş itirilməsinə səbəb olan paradontal xəstəliklər lokal infeksiyalar olduğundan müalicə zamanı bakteriyaların aradan qaldırılması əsas götürülür.Parodontoz-dişi əhatə edən toxumalı geriyə dönməyən diş əti dəyişiklikləri prosesidir. Parodontozun əsas simptompları: Parabənzər qüsurların yaranması Dişlərin cüzi miqdarda laxlaması Diş ətinin qanaması Stomatoloqa müraciət edən xəstələrin 8 %-də parodontoza rast gəlinir. Parodontozun yaranmasına təkan verən səbəblər: Stress İmmun sistemin zəifləməsi Siqaretçəkmə, alkoqol qəbulu Xroniki xəstəliklər (şəkərli diabet, mədə-bağırsaq traktı xəstəlikləri) Xəstələri ən çox narahat edən dişətrafı toxumaların dağılması ilə əlaqədar dişətrafı ciblərdə qida qalıqları və irinli ifrazatın olmasıdır. İltihabın ilk əlamətlərindən olan diş ətinin qanaması yaranan kimi vaxtı itirmədən dərhal mübarizəyə başlamaq lazımdır. Ağız boşluğu xəstəliklərinin yerli müalicəsi üçün Stomagel preparatından istifadə etmək tövsiyə olunur. Stomagel ağız boşluğunda hiperemiyanı, ağrını, iltihabı, quruluğu, qaşınmanı aradan qaldırır və toxuma regenerasiyasını yaxşılaşdırır. Parodontozun, gingivitin müalicəsi zamanı Stomagel preparatının tərkibindəki metilurasil yaraların sağalmasını sürətləndirir, güclü iltihabəleyhinə təsir göstərir. Metilurasil immunstimuləedici təsirə malikdir: immun sistemin hüceyrə və humoral faktorlarını stimulə edir. Lidokain hidroxlorid isə yerli olaraq anesteziyaedici təsir göstərir. İstifadə qaydası: Stomagel preparatı ağız boşluğuna gün ərzində 3-4 dəfə olmaqla nazik ucluğu vasitəsi ilə çəkilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
