Gündə bir ovuc ləpə nələrə qadirmiş?!12-02-2016, 13:22
Çap et - Ləpə insanı uzun müddət ərzində tox saxlayır və nəticədə daha az yeyir və arıqlayır. - Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir ki, bu maddələr ürəyin və beynin sağlamlığında çox böyük rol oynayır. - Arterial təzyiqin tənzimlənməsinə kömək edir. - Orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir və bununla damarları aterosklerozdan qoruyur. Ateroskleroz insult və infarkt kimi ağır pozulmaların əsas risk faktoru sayılır. - Qidalı liflərlə zəngin olduğuna görə bağırsaqları təmizləyir. - Mineralla zəngin olduğuna görə sümükləri və dişləri möhkəmləndirir. - Qanda "xoşbəxtlik hormonu" adlandırılan serotoninin səviyyəsini qaldırır ki, bu da bizə streslə və depressiya ilə mübarizə etməyə kömək edir. - Beyinin bütün funksiyalarını (yaddaş, diqqət, təfəkkür) yaxşılaşdırır. - Yuxunu normallaşdırır. - İmmun sistemini möhkəmləndirir. - Antioksidant maddələrlə zəngin olduğuna görə hüceyrə səviyyəsində qocalma proseslərini ləngidir, insanı daha gümrah edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
