Demo Sayt » maraqli » Oğurlanmış avtomobilini 43 il sonra tapdı


Oğurlanmış avtomobilini 43 il sonra tapdı

12-06-2015, 10:04
Çap et
Oğurlanmış avtomobilini 43 il sonra tapdı ABŞ-da günün ən çox müzakirə edilən olaylarından biri 43 il sonra “Chevrolet Corvette” markalı avtomobilinə qovuşan qadın olub.
Terri Dietrikin hələ 19 yaşında olarkən satın aldığı 1972-ci il istehsalı “Chevrolet Corvette” 6 ay sonra oğurlanıb və maşın 43 il sonra Şimali Karolinada avtomobil ustasında tapılıb.
Hələ satın aldığı vaxt avtomobilini sığortalayan Terri Dietrikin maşını oğurlandıqdan sonra onun pulunu sığorta şirkəti ödəyib. 1972-ci ildə avtomobili sığorta edən isə Cim Dikstra olub. Odur ki, C.Dikstra maşın tapıldıqdan sonra proseslərə müdaxilə edib və lazım olan tədbirlərin həyata keçirilməsində iştirakçı olub. Sonra isə avtomobil onun iştirakı ilə sahibinə təqdim edilib.

Oğurlanmış avtomobilini 43 il sonra tapdı
Reytinq: