Demo Sayt » maraqli » Fizika qanunlarını alt-üst edən qalaktikalar aşkar olub


Fizika qanunlarını alt-üst edən qalaktikalar aşkar olub

16-12-2016, 19:18
Çap et
Fizika qanunlarını alt-üst edən qalaktikalar aşkar olub ABŞ-ın ən məşhur astronomları apardıqları uzun araşdırmalar nəticəsində fizika qanunlarını pozan bir neçə spiral qalaktikaları aşkar ediblər. Bu barədə "MNRAS" jurnalı yazıb.
Onların sözlərinə görə, standart fiziki modelə əsasən, qalaktikalardakı qara materiya görünən materiyanı təkcə cazibə qüvvəsilə deyil, başqa bir şeylə də saxlamalıdır.
İtaliyanın Sissa universitetinin mütəxəssisi Paolo Saluççi bildirib ki, bu cür mini qalaktikalar fizikanın yeni dünyasına aparan mini portal ola bilər.
Qeyd edək ki, müasir alimlər kainatın 75%-nin qara materiyadan təşkil olduğunu deyirlər. Onların sözlərinə görə, məhz bu materiya qalaktikaların dağılmasına imkan vermir.
Reytinq: