Demo Sayt » maraqli » Bu bileti alan uçuşun vaxtını və marşrutunu dəyişə biləcək


Bu bileti alan uçuşun vaxtını və marşrutunu dəyişə biləcək

10-02-2017, 10:57
Çap et
Bu bileti alan uçuşun vaxtını və marşrutunu dəyişə biləcək Rusiyanın "Aeroflot" şirkətinə daxil olan "Pobeda" loukosteri "Planlar dəyişib" adlı yeni xidmət istifadəyə verib.
Yeni xidmət sayəsində sərnişin öz bronunda uçuşun marşrutunu və tarixini dəyişə biləcək.
Qeyd olunur ki, sərnişinlər bu dəyişiklikləri uçuşa azı 12 saat qalanadək həyata keçirə bilərlər.
Qeyd edək ki, "Pobeda" aviaşirkəti Rostovdan Bakıya və əks istiqamətdə həftədə 4 dəfə uçuşlar həyata keçirir.
Reytinq: