Məşhur aktrisa Rusiya prezidentinə məktub yazdı8-07-2015, 11:27
Çap et “Malibu xilasediciləri” serialının ulduzu Putindən İslandiyadan Yaponiyaya gedən və göyərtəsində 1,7 min ton balina əti olan gəminin Şimal dəniz yolunu bağlamağı xahiş edib. “Sizə şəxsi xahiş ilə və yer üzündən itmək üzrə olan balinalarının adından müraciət edirəm. Norveçin Tromse şəhərinin limanında olan Winter Bay gəmisinin göyərtəsində qanunsuz öldürülən 1,7 min tondan artıq balina əti var. “Winter Bay”in Rusiya sularından keçməsinə icazə verməyin”, - Anderson yazıb. Hələlik Rusiya prezident administrasiyasının iyulun 5-də yazılan bu məktubdan xəbərdar olub-olmaması bilinmir. Ekoloqların məlumatına görə, Sent-Kits və Nevisdə qeydiyyatdan keçən Winter Bay gəmisi əvvəllər göyərtəsində qeyri qanuni malların olmasına görə Süveyş və Panma kanallarına buraxılmamışdı. Qeyd edək ki, Pamela Anderson heyvanların və ətraf mühitin qorunmasına verdiyi töhfələrə görə “Qrafinya Cilyo” tituluna layiq görülüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
