Demo Sayt » medeniyyet » "Varis" Səbinə Rəcəbli və Vüqar Bəxtiyarın təqdimatında – “Dünya” TV-də


"Varis" Səbinə Rəcəbli və Vüqar Bəxtiyarın təqdimatında – “Dünya” TV-də

10-11-2017, 10:44
Çap et
"Varis" Səbinə Rəcəbli və Vüqar Bəxtiyarın təqdimatında – “Dünya” TV-də Keçmiş "İdeal" qrupunun rəhbəri Səbinə Rəcəbli, bir çox konsertlərin peşəkar təşkilatçısı Namiq Zülfüqarov və "Qismət" qrupunun solisti Vüqar Bəxtiyarın birgə işlədikləri tamamilə yeni bir layihə tamaşaçıların ixtiyarına verildi. Noyabrın 3-də bu üçlüyün bir yerdə yaratdığı "Varis" adlı layihənin “Dünya” kanalında ilk efir buraxılışı yayımlandı.
Səbinə Rəcəbli və Vüqar Bəxtiyar oyunu qeyri-adi apardıqları üçün bu layihəyə bir daha özəllik və gözəllik verilmişdir. Baxmayaraq ki, bu veriliş birinci dəfə efirə gedirdi, artıq çoxlu sayda tamaşaçı sevgisi qazanmağa nail olmuşdur. Növbəti efirin gedəcək vaxtını səbrsizliklə gözləyənlərin sayı artmaqda davam edir. Əlbəttə ki, bu da verilişin professional səviyyədə aparılmasından xəbər verir. "Varis" layihəsinin əsas mahiyyəti çox incəliklə işlənmişdir. Hər bir sənətkar öz varisi bildiyi, yəni öz peşəsini gələcəkdə kimə etibar edə bilərsə, ya övladına, şagirdinə, nəvəsinə və s. Qısası desək, onun işini davam etdirəcək, adını yaşadacaq, güvənəcək biriylə efirə çıxaraq onu hər kəsə təqdim edir.
Yarışma sms şəklində keçir. Hər kəs həyəcanlı dəqiqələr yaşayır. Bu layihədə siz bütün məşhurları və onların varis bildiyi şəxsləri izləyə biləcəksiniz. Tacir Şahmaroğlu oğlu Şahmalı Taciroğlu ilə, Təranə Qumral, Musa Musayev varisi Anar Qasımbəyli ilə, Marat Darvazlı varisi Nüşabə Musayeva ilə, Təhmuraz Şirinov varisi Elbrus Abbasov ilə, Namiq Məna varisi Məna Əliyev ilə, Elza Seyidcahan varisi Vüqar Kamiloğlu ilə, Eldar Ələkbərov varisi Elşad Əziz ilə, Ruhəngiz Allahverdiyeva varisi MM qrupu - Mətanət Məsmə ilə, Habil Zeynalov varisi Tural Zeynalov ilə, Nurlan Əzizbəyli varisi Ləman Şıxəliyeva ilə, İlqar Sail varisi Elnur Quliyev ilə, Teymur Mustafayev varisi İlahə Aslanova ilə. Onu da qeyd etmək istərdik ki, "Varis" layihəsinin növbəti efir buraxılışı 10 noyabrda olacaqdır. Bu dəfə Tacir Şahmaroğlu varisi - oğlu Şahmalı Taciroğlu rəqibi - Təhmuraz Şirinov və onun varisi Elbrus Abbasovla qarşıdurmada olacaqlar.
Beləliklə, aparıcılar Səbinə Rəcəbli, Vüqar Bəxtiyar, verilişin redaktoru Ramil Abdullayev, prodüsseri isə Əli Əliyevdir. Görəsən bu qarşıdurmada kim daha çox səs toplayacaq. Kimə varis adı vermək olar? Qaçırtmayın, saat 22:00-da “Dünya” TV - nin ekranı qarşısında əyləşin.

Cəmilə Vasifqızı

"Varis" Səbinə Rəcəbli və Vüqar Bəxtiyarın təqdimatında – “Dünya” TV-də"Varis" Səbinə Rəcəbli və Vüqar Bəxtiyarın təqdimatında – “Dünya” TV-də"Varis" Səbinə Rəcəbli və Vüqar Bəxtiyarın təqdimatında – “Dünya” TV-də"Varis" Səbinə Rəcəbli və Vüqar Bəxtiyarın təqdimatında – “Dünya” TV-də"Varis" Səbinə Rəcəbli və Vüqar Bəxtiyarın təqdimatında – “Dünya” TV-də
Reytinq: