Reabilitasiyaya cəlb olunmuş yetkinlik yaşına çatmayanların rəsm sərgisi təşkil olunub7-06-2018, 11:16
Çap et Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müəssisədə yaşayan və reabilitasiya keçən uşaqların təqdim etdikləri ilk yaradıcılıq nümunələri maraqla qarşılanıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə təşkil olunan sərgidə xalq rəssamı Arif Əziz də iştirak edib. Qeyd edək ki, Bakının Zabrat qəsəbəsində yerləşən Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi ötən ildən fəaliyyətə başlayıb. Bu müddət ərzində müəssisəyə 66 nəfər uşaq qəbul olunub, onlardan 49 nəfəri müəyyən müddət reabilitasiya kursu keçdikdən sonra ailələrinin və yaxınlarının himayəsinə verilib. Hazırda isə burada 17 nəfər uşaq yaşayır. Müasir tələblərə uyğun şəraitin mövcud olduğu müəssisədə yaşayan uşaqların rahat yaşayışı, təhsil həyatına qayıtmaları üçün zəruri işlər aparılmaqla bərabər, onlarda müəyyən ilkin yaradıcılıq bacarıqları (rəsm, musiqi, rəqs və s.) da formalaşdırılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
