Azərbaycanın “Muğam” ansamblı Beynəlxalq Muğam müsabiqəsində birinci yerə layiq görülüb11-09-2018, 15:46
Çap et Bunu qrupun rəhbəri, əməkdar artist Sahib Paşazadə deyib Ansamblın tərkibində xanəndələr, əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada - əməkdar artist Toğrul Əsədullayev, kanonda - əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılov çıxış ediblər. Ansambl “Heyratı”, “Şahnaz”, “Simayi şəms” и “Mahur” muğam kompozisiyalarını ifa edib. Mükafat fondunun 10 min dollar təşkil etdiyi I yer üçün xüsusi diplom Özbəkistanın mədəniyyət naziri Baxtiyor Sayfullayev tərəfindən Azərbaycan musiqiçilərinə təqdim edilib və muğamçılarımızın çıxışları, təltifi iştirakçıların böyük alqışları ilə qarşılanıb. Özbəkistanın “Sakil” ansamblı da müsabiqədə I yerə layiq görülüb. İkinci yerə İran və Hindistan musiqiçiləri, III yerə isə Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri sahib olublar. Bundan başqa, müsabiqənin qran-prisi Tacikistan Muğam Akademiyasına təqdim olunub. Forumun rəsmi açılışında və keçirilən tədbirlərdə Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib. Dünyanın 30 ölkəsindən müxtəlif musiqi qruplarının, muğamçıların iştirak etdiyi müsabiqədə I yerin əldə edilməsi ölkəmiz üçün böyük uğurdur və bu mədəniyyətimizin, milli musiqimizin, muğam sənətinin nailiyyətidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
