ATV-nin serialları reytinq qurbanı oldu - Bağlandılar23-01-2019, 15:53
Çap et “Təhminə və Zaur” serialından sonra “Sevgi naminə” adlı ekran işi də yayımını dayandırır. Bu barədə məlumatı serialın baş rollarından birini canlandıran əməkdar artist Anar Heybətov da təsdiqləyib: “Bəli, serialımız 18-ci seriya ilə ekranla vidalaşır. Səbəbini isə bilmirəm”. Əldə etdiyimiz məlumata görə, ATV dram janrında olan seriallardan yalnız “O gecə” adlı ekran əsərini saxlayıb. Onlara isə ssenarinin dəyişilməsi və reytinqinin artırılması üçün vaxt verilib. Kanalın yeni strategiyasına əsasən, yalnız komediya serialları yayımlanacaq. Çünki onlar reytinq verir. Qeyd edək ki, "Təhminə və Zaur" serialının bağlanmasını aktyor Cavidan Novruz açıqlayıb. O, hətta ekran işindən qonorarını almadığını bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
