“ŞƏHİD ŞƏHƏR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi keçırıləcək15-02-2019, 17:56
Çap et “ŞƏHİD ŞƏHƏR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi 21 fevral 2019-cu il saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaqdır. Müsabiqədə 400-ə qədər uşaq 600-ə yaxın işi ilə qatılmış və münsiflər heyəti tərəfindən 115 uşağın 130 işi o cümlədən, əməkdar rəssam Rafayel Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri, həmçinin, rəssam Cəlal Ağayevin “Şəhid Şəhər” əsəri Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə ilk dəfə nümayiş olunacaqdır. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif ediləcəklər. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
