Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd olunacaq25-08-2015, 12:32
Çap et Akademik Milli Dram Teatrında unudulmaz aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd olunacaq.Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, sentyabrın 25-də keçiriləcək xatirə tədbirində aktrisanın sənət dostları, yaxınları iştirak edəcək. Qeyd edək ki, əməkdar artist, dövlət mükafatı laureatı Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərində Fəridə, “Mahnı dağlarda qaldı” tamaşasında Gülgəz, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasında Şərəfnisə, M.İbrahimovun “Kəndçi qızı” əsərində Bənövşə, Anarın “Sizi deyib gəlmişəm” tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan aktrisa 1987-ci il mayın 21-də, 42 yaşında vəfat edib. Qeyd edək ki, Vəfa Fətullayeva görkəmli aktrisa, SSRİ Xalq artisti Hökumə Qurbanova və Xalq rəssamı Nüsrət Fətullayevin övladıdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Akademik Milli Dram Teatrında unudulmaz aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd olunacaq.