“AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALINA start verilir2-04-2019, 16:44
Çap et Müsabiqədə iştirak etmək istəyən 5 yaşdan 17 yaşa qədər uşaqlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çoxu 3 işinin fotosunu 2019-cu il aprel ayının 30-nadək Xətai Sənət Mərkəzinin whatsapp 051 310 74 01 nömrəsinə göndərməlidir. • Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaşa qədər, 12-17 yaş arası • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. • Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik. • Unutmayın ki, bu bir məşğuliyyət növüdür! • I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq həmçinin müxtəlif təşkilatların nominasiyalar üzrə mükafatları olacaq. 1. Həmrəyliyə çağırış – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2. Məktəb həyatı – Azərbaycan Respublikası Təhsil Nazirliyi 3. Dostluq mövzusu – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 4. Maraqlı ideya – Azərbaycan Dövlət Rəsm Qalereyası 5. Vətənin tərənnümü – Xətai Rayon İcra Hakimiyyəti 6. Mövzu seçimi – Azərbaycan Rəssamlar İttifaqı 7. Rəng həlli – Xətai Sənət Mərkəzi 8. Vətənpərvərlik mövzusu – Naxçıvan MR Bakıdakı Nümayəndəliyi 9. Təbiət mövzusu – Az Tv 10. "Nəsimi İli"nə töhfə – Lider TV 11. Qəhrəmanlıq mövzusu – Yeni Gallery 12. Ən yaxşı kompozisiya həlli – Bakı gallery 13. Obraz təsviri –Sənətşünaslar birliyi 14. Ən yaxşı işıq və kölgə həlli – İncəsənət Kolleci 15. Əsərə çəkilmiş illüstrasiya – Şərq-Qərb Nəşriyyat Evi Sərgidən 30 əsər seçiləcək və həmin əsərlərin müəllifləri festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq. • Festivalın gündəliyi: 10.00 – Canlı şəkil çəkmək 11:30 – Furşet 12:00 – Muzeyə getmək 14:00 – Günorta yeməyi 15:30 –Musiqili Mükafatlandırma mərasimi və festivalın bağlanışı • Mükafatlandırma fondu: I yer – stol molbert və yağlı boya dəsti II yer – molbert və akril dəsti III yer – planşetli molbert və sulu boya dəsti Həvəsləndirici mükafat 10 nəfər – yağlı boya dəsti • Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
