Xətai Sənət Mərkəzində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi başa çatmışdır13-11-2019, 08:08
Çap et Müsabiqənin mükafat fondu olan seçilmiş müəlliflərin qrup sərgisi kimi nəzərdə tutulmuş SƏRGİ-PLENERDƏ 15 balaca rəssam hər biri 5 əsəri ilə təmsil olunmaqla yanaşı, tədbirin açılışından 2 saat əvvəl sərbəst mövzuda ərsəyə gətirdikləri əsərlər sərgi-plenerdə təqdim olunacaq. O cümlədən, tədbirdə Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Nəsimi dünyası Rənglərin işığında” kitabının təqdimatı olacaq və müəllif öz imzası ilə əsərini tədbir iştirakçılarina təqdim edəcək. Nəzərinizə çatdırıq ki, reqlamentə uyğun olaraq, üçüncü tura sərgi-plenerə əsərinə daha az müdaxilə olunmuş (müəllim və ya valideyn tərəfindən), yaşına uyğun, duyğu və düşüncələri nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya əsas götürülməklə seçilmiş uşaqlara üstünlük verilmişdir. Sərgi-plener 23 noyabr saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaq. Sərgi-plener iştirakçıları diplomla təltif olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
