Di Kaprio "Apple" ilə eksklüziv müqavilə imzaladı4-08-2020, 09:43
Çap et Leonardo di Kaprio və ona məxsus "Appian Way" studiyası "Apple" şirkəti ilə eksklüziv müqavilə imzalayıb.Müqaviləyə əsasən tərəflər birgə film və televiziya layihələri hazırlayacaqlar. Bildirilir ki, daha əvvəl bənzər müqavilələr di Kaprio tərəfindən "Warner Bros" və "Paramount Pictures" şirkətləri ilə imzalanıb, lakin bu müqavilələrdə televiziya kontentləri barədə danışılmayıb. "Apple" artıq "Appian Way" studiyası ilə Devid Qranın eyniadlı əsəri əsasında "Ay gülünün qatili" filminin çəkilişlərinə 200 milyon dollar investisiya etməyə hazır olduğunu bildirib. Dramanın rejissoru Martin Skorseze seçilib. Şimali Amerikada filmi "Apple TV+" servisi, beynəlxalq arenada isə "Paramount" təqdim edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Leonardo di Kaprio və ona məxsus "Appian Way" studiyası "Apple" şirkəti ilə eksklüziv müqavilə imzalayıb.