Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının açılışı olub19-09-2016, 11:12
Çap et M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən açılış mərasimi Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, xalq artisti Rauf Abdullayevdir) dahi bəstəkarın “Koroğlu” operasından uvertüranın səslənməsi ilə açıq elan olunub. Gecədə xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının ifasında bir sıra musiqi kompozisiyaları təqdim olunub. Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək festival günlərində ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı planlaşdırılıb. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında keçiriləcək bu tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış bəstəkarlarımızın da əsərlərini dinləyə biləcəklər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
