Tarixi Muzeyi Rusiya Dövlət Ermitajına etiraz məktubu göndərib22-09-2016, 17:08
Çap et Sentyabrın 22-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının iclası keçirilib.Muzeydən verilən məlumata görə, iclasda Rusiya Dövlət Ermitajında 26-29 sentyabr tarixlərində keçiriləcək II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A.Akopyanın və P.Petrovun “Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747-1827)” adlı məruzəsinin daxil edilməsi ilə bağlı Ermitajın direktoru M.B.Piotrovskiyə və konfransın təşkilat komitəsinə müraciət qəbul olunub. Müraciətdə əsassız iddialara söykənən məruzə müəlliflərinin əzəli Azərbaycan torpaqlarını qondarma “Şərqi Ermənistan” adı altında təqdim etməsinə etiraz bildirilib. Sənəddə qeyd olunub ki, bu cür iddialar tarixi həqiqətə, ilk mənbələrə ziddir və növbəti erməni təxribatının bariz nümunəsidir. Müraciətdə Elmi Şuranın üzvləri A.Akopyanın və P.Petrovun məruzəsinin konfransın proqramından çıxarılmasını tələb ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Sentyabrın 22-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının iclası keçirilib.