Kalmık teatrı Bakıda13-10-2016, 10:27
Çap et B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır. Oktyabr ayının 13-dən start götürəcək qastrol səfəri 3 gün davam edəcək.Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən verilən məlumata görə, 3 gün ərzində kollektiv Y.Şyutskiyin “Tri porosyonka” (“Üç donuz balası”) və B.Basanqovun “Təəccüb doğuran hadisə” əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədikləri “Rodnıe naşi” (“Qohumlar”) tamaşaları ilə çıxış edəcəklər. Bu qastrol səfərində teatr maraqlı eksperiment aparacaq. Belə ki, ötən 88-ci mövsümdə teatrda kalmık teatrının bədii rəhbəri, RF-in və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Boris Manciyevin teatrımızda hazırladığı “Qohumlar” tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstəriləcək. Tamaşalar oktyabr ayının 13-də saat 10.00, 12.00, 14.00-da (Y.Şyutskiy “Tri porosyonka”), saat 19.00-da (V.Şuqrayeva, Ə.Əmirli “Rodnıe naşi”), ayın 14-də saat 10.00, 12.00, 14.00, 16.00-da (Y.Şyutskiy “Tri porosyonka”), ayın 15-də saat 10.00, 12.00, 14.00-da (Y.Şyutskiy “Tri porosyonka”), saat 19.00-da (V.Şuqrayeva, Ə.Əmirli “Rodnıe naşi”) nümayiş etdiriləcək. Qastrol səfərinin təntənəli bağlanış mərasimi oktyabr ayının 15-də saat 19.00-da baş tutacaq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmık Milli Dram Teatrı arasında artıq 5 ilə yaxındır ki, qarşılıqlı yaradıcılıq əlaqələri davam edir. Bu illər ərzində iki teatr arasında qastrol səfərləri ilə yanaşı, rejissor mübadilələri də öz uğurlu nəticəsini göstərib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır. Oktyabr ayının 13-dən start götürəcək qastrol səfəri 3 gün davam edəcək.