Ötən il Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu 65 min turist ziyarət edib12-01-2017, 13:05
Çap et Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son illərdə qoruğu ziyarət edənlərin sayı çoxalıb: “Bunun bir sıra mühüm səbəbləri var. Qoruğun ərazisində yeni muzey istifadəyə verilib, yerli və xarici turistlərin bu tarixi məkana üz tutmaları üçün lazımi işlər görülüb. Məhz bütün bunların bariz göstəricisi olaraq paytaxt Bakıdan 56 kilometr aralıda yerləşən qoruğu 2016-cı ildə ziyarət edənlər 65 min 816 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 56 faiz çoxdur”. Şöbədən bildiriblər ki, ziyarətçilərin sırasında xarici vətəndaşlar üstünlük təşkil edib. Sözügedən tarixi məkana üz tutan xarici ölkə vətəndaşları sırasında Rusiya Federasiyasını təmsil edənlər çoxluq təşkil edib. Xarici turistlərdən 8155-i Rusiya, 6811-i ərəb ölkələri, 1582-si Çin, 1464-ü Almaniya, 1320-si İran, 1215-i Yaponiya, 1040-ı ABŞ, 974-ü Türkiyə, 864-ü İtaliya, 852-si İngiltərə, 620-si isə Fransa vətəndaşları olub. Bununla yanaşı, 2016-cı il ərzində qoruğa 2626 ekskursiya təşkil edilib. Onlardan 407-si Azərbaycan, 763-ü ingilis, 1456-sı isə rus dilində aparılıb. Eyni zamanda, digər 8733 xarici turist isə müxtəlif ölkələri təmsil edib. Qeyd edək ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
