"Oskar" mükafatına namizədlərin adı açıqlanıb25-01-2017, 11:43
Çap et Namizədlər arasında “La-La Lend” filmi özünəməxsus rekorda imza atıb. Bu filmin 14 nominasiyada adı hallanıb. Ən yaxşı film nominasiyasında isə "Gəliş", "Hasarlar", "Döyüş vadisi", "Hər vəchlə", "Gizli fiqurlar", "La La Lend", "Aslan", "Dəniz kənarında Mançester" və "Ay işığı" filmlərindən biri qalib elan olunacaq. "Ən yaxşı kişi aktyor" nominasiyasında Keysi Afflek ("Dəniz kənarında Mançester"), Denzel Vaşinqton ("Hasarlar"), Rayan Qoslinq ("La La Lend"), Viqqo Mortensen ("Kapitan Fantastik") və Endryu Qarfild ("Döyüş vadisi",) mübarizə aparacaq. “Ən yaxşı aktrisa” nominasiyasında İzabel Yupper (“Elle”), Emma Stoun (“La-La Lend”), Rut Negga (“Sevmək”), Meril Strip (“Florens Foster Cenkins”) və Natali Portman (“Ceki”) irəli sürülüb. Ən yaxşı rejissor adı uğrunda Deni Vilnöv ("Gəliş"), Mel Gibson (“Döyüş vadisi”), Demyen Şazell (“La La Lend”), Kennet Lonerqan (“Dəniz kənarında Mançester”) və Barri Cenkins (“Ay işığı”) mübarizə aparacaq. Bu il Oskar mükafatları fevralın 26-da təqdim olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
