Nazirlik Gəncə Filarmoniyasının yeni direktoru haqqında cinayət işinin başlanmasına münasibət bildirib21-02-2017, 10:16
Çap et Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun verdiyi məlumata görə, sözügedən fakt Gülçin Mirzəyevanın əvvəl tutduğu vəzifəyə aid müəyyənləşdirilib: “Gülçin Mirzəyeva 30 dekabr 2016-cı il tarixində Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub. Hazırda məlum proseslərə uyğun olaraq qeyd edə bilərik ki, fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunanda onun haqqında cinayət işi olmayıb, bu kimi fakt qeydə alınmayıb”. V. Şixəmmədov əlavə edib ki, hadisəyə hüququ qiymət veriləndən sonra nazirlik müvafiq qərar qəbul edəcək: “Hazırda istintaq aparıldığından qanunvericiliyə uyğun olaraq, Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəndən müvəqqəti olaraq kənarlaşdırılıb. Hadisəyə hüquqi qiymət veriləndən sonra Mədəniyyət və Turizm Nazirliyində müvafiq qərar qəbul olunacaq”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
